Bakıda İnternet İdarəçilik üzrə III Regional Forum keçiriləcək

Bakıda İnternet İdarəçilik üzrə III Regional Forum keçiriləcək Forumun işində 250-300 nəfər iştirak edəcək
İKT
1 Dekabr , 2015 17:21
Bakıda İnternet İdarəçilik üzrə III Regional Forum keçiriləcək

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakıda "İnformasiya-kommunikasiya texnologiyalarının regional inkişafı üçün mühitin yaradılması" mövzusunda İnternet İdarəçilik üzrə III Regional Forum (RİGFAZ-2015) keçiriləcək.

"Report" BMT-nin Bakı ofisinə istinadən xəbər verir ki, forum dekabrın 3-4-də keçiriləcək və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və "ADA" Universiteti ilə birgə təşkil olunacaq.

Məlumata görə, tədbirin məqsədi İKT sahəsi üzrə iştirakçılar və beynəlxalq mütəxəssislər arasında birgə əməkdaşlığın və təcrübə mübadiləsinin gücləndirilməsidir.

Forumun işində 250-300 nəfər iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi