Yuxarı

Bakıda “İnnovativ inkişafda əqli mülkiyyətin qorunması” mövzusunda seminar keçiriləcək

Bakı. 11 fevral. REPORT.AZ/ Bakıda fevralın 19-20-də “İnnovativ inkişafda əqli mülkiyyətin qorunması” mövzusunda seminar keçiriləcək.

“Report" xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında memorandumun imzalamasına həsr edilmiş “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda konfransda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, seminara nazirliyin dəstəklədiyi layihələr cəlb ediləcək.

"Bir müddət əvvəl bizə startap layihə təqdim etmiş gəbclər qarşımızda bir məsələ qoydu ki, təqdim etdiyimiz ideyamız oğurlana bilər. Bundan sonra Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlıq etməyə başladıq”, - o deyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi