Elmir Vəlizadə: "Azərbaycanda innovasiyaların əlaqəli və kompleks şəkildə inkişafı üçün strategiya hazırlanmalıdır"

Elmir Vəlizadə: "Azərbaycanda innovasiyaların əlaqəli və kompleks şəkildə inkişafı üçün strategiya hazırlanmalıdır" Bu gün “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə “Eurasia İnnovation Day” adlı tədbir keçirilib.
İKT
23 Oktyabr , 2019 10:36
Elmir Vəlizadə: Azərbaycanda innovasiyaların əlaqəli və kompleks şəkildə inkişafı üçün strategiya hazırlanmalıdır

Bu gün “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə “Eurasia İnnovation Day” adlı tədbir keçirilib. 

"Report" xəbər verir ki, dialoq platforması rolunu oynayan tədbirdə siyasətçilər, özəl sektor nümayəndələri, elm xadimləri və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycanda innovativ fəaliyyətin kütləviləşdirilməsi, innovasiya ekosisteminin formalaşdırılması üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bir sıra fərman və sərəncamlar imzalanıb. Nazir müavini bu istiqamətdə imzalanmış “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Sərəncamın əhəmiyyətini vurğulayıb: “Sərəncama əsasən, koordinasiya subyektlərində innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxslər təyin olunmuş və hesabatlılıq sistemi formalaşdırılır”.

“Eyni zamanda aidiyyəti koordinasiya subyektlərinin idarəetmə orqanlarında ən azı bir nəfərin innovasiyalar və ya elmi tədqiqatlar üzrə mütəxəssis olması, illik mənfəətlərinin müəyyən hissəsinin innovasiyaların tətbiqi və elmi tədqiqatların maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Həmçinin, Azərbaycan Respublikasının innovasiya strategiyasının layihəsinin hazırlanması tapşırığı da ölkəmizdə innovasiyaların əlaqəli və kompleks şəkildə inkişafı üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə E. Vəlizadə vurğulayıb.

“Eurasia Innovation Day” çərçivəsində 3 panel təşkil edilib.

“Rəqəmsal əlaqə” adlı ilk paneldə mövzu ətrafında maraqlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

İkinci panel Avrasiya ölkələrində milli rəqəmsal iqtisadiyyatın inkişaf imkanları və problemləri mövzusunu əhatə edib.

Üçüncü paneldə isə innovasiya və texnologiya istiqaməti müzakirə predmeti olub.

Son xəbərlər

Orphus sistemi