Bakıda İKT sahəsində Koreya-Azərbaycan əməkdaşlığı müzakirə olunub

Bakıda İKT sahəsində Koreya-Azərbaycan əməkdaşlığı müzakirə olunub Nazir: "Koreyanın İKT sahəsində əldə etdiyi nailiyyətlər gələcəkdə də Azərbaycan üçün faydalı ola bilər"
İKT
29 Sentyabr , 2015 18:57
Bakıda İKT sahəsində Koreya-Azərbaycan əməkdaşlığı müzakirə olunub

Bakı. 29 sentyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Koreya Respublikasının ölkədəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İnin diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüş keçirilib.

"Report" xəbər verir ki, görüşdə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində qarşılıqlı razılıq doğurduğunu qeyd edib. Koreyanın İKT sahəsində əldə etdiyi nailiyyətlərdən söz açan nazir bu qabaqcıl təcrübənin gələcəkdə də Azərbaycan üçün faydalı ola biləcəyini diqqətə çatdırıb.

Səfir Ç.S.İn də Koreya-Azərbaycan münasibətlərində qarşılıqlı əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən İKT, rabitə və yüksək texnologiyalar sahəsində yüksək səviyyədə olduğunu qeyd edib. Bu sahədə həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayan diplomat xüsusən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə əməkdaşlıqda icra olunan “Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması”ndan söz açaraq, bu əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi