Yuxarı
    Bağlamaq

    Bakıda elektron xidmət vasitəsilə 7 mindən artıq telefon çəkilişi xidməti sifariş verilib

    Sifariş qəbul olunduqdan sonra 2-3 gün ərzində mənzilə telefon çəkilir

    Bakı. 8 dekabr. REPORT.AZ/ İndiyədək “Elektron Hökumət” portalı (e-gov.az) üzərindən “Yeni telefon çəkilişi” xidmətindən 7 294 dəfə istifadə olunub. Bu xidmət hazırda Bakı şəhəri (BTRİB-in əhatə dairəsi) üçün aktivdir.

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a daxil olan xəbərə görə, vətəndaşlar “e-Hökumət” portalında onlayn müraciət formasını doldurmaqla və onlayn ödəniş etməklə, bir neçə dəqiqə ərzində telefon çəkilişi xidmətini sifariş edə, hətta istədiyi nömrəni ekrandan seçə bilərlər. Sifariş qəbul olunduqdan sonra 2-3 gün ərzində mənzilə telefon çəkilir.

    Telefon çəkilişi tarifi 30 manatdır. Nömrə seçildiyi təqdirdə əlavə haqq ödəmək lazım gəlir.

    Xatırladaq ki, “Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı” çərçivəsində dekabrın 20-dək mənzilə eyni zamanda 2 ədəd yeni telefon çəkilişinin 1 ədədi, təşkilata eyni zamanda 3 ədəd telefon çəkilişinin 1 ədədi ödənişsiz sənədləşdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi