​Bakıda “COIA-2015” beynəlxalq konfransı keçiriləcək

​Bakıda “COIA-2015” beynəlxalq konfransı keçiriləcək Tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin müzakirəsi nəzərdə tutulur
İKT
22 İyul , 2015 12:26
​Bakıda “COIA-2015” beynəlxalq konfransı keçiriləcək

Bakı. 22 iyul. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Dövlət Universiteti və Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə 27-29 avqustda Bakıda “COIA-2015” – “İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” mövzusunda V beynəlxalq konfrans (“Control and Optimization with Industrial Applications (COIA-2015)” keçiriləcək.

Nazirlikdən “Report”a daxil olan məlumata görə, konfrans Bakı Dövlət Universitetində təşkil olunacaq. Beynəlxalq tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin geniş müzakirəsi nəzərdə tutulur. Konfransın mövzularına “Nəzarət və optimallaşdırma”, “Qlobal optimallaşdırma”, “Forma optimallaşdırma”, “İdentifikasiya və əksinə problemlərdə optimallaşdırma metodları”, “İntellektual və qeyri-səlis nəzarət”, “Optimal nəzarətin ədədi üsulları”, “Tətbiqi proqramlar”, “Şəbəkə və telekommunikasiya sistemləri”, “Neft sənayesi”, “İqtisadiyyat”, “Riyazi modelləşdirmə” kimi istiqamətlər daxildir. Beynəlxalq konfransda Türkiyə, İran, Ukrayna, Şimali Kipr, Nigeriya, Belarus, Rusiya, Bolqarıstan, Çin, Küveyt, Laqos, Qazaxıstan, Fransa, Əlcəzair, Malayziya, Polşa, Misir, Oman, Pakistandan olan mütəxəssislər iştirak edəcəklər.

Qeyd edək ki, “İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” mövzusunda ilk konfrans 2005-ci ildə Bakıda təşkil edilib. Növbəti “COIA” konfransının 27-29 iyun 2017-ci il tarixlərində ABŞ-ın Nyu-York şəhərində St. John Universitetində keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi