Bakıda "AzScienceNet"in mövcud vəziyyəti və imkanlarına dair seminar keçiriləcək

Bakıda "AzScienceNet"in mövcud vəziyyəti və imkanlarına dair seminar keçiriləcək Elmi-praktiki seminar yanvarın 31-də baş tutacaq
İKT
25 Yanvar , 2017 20:55
Bakıda AzScienceNetin mövcud vəziyyəti və imkanlarına dair seminar keçiriləcək

Bakı. 25 yanvar. REPORT.AZ/ AMEA İnformasiya Texnologiyaları İnstitutunda yanvarın 31-də “AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusunda respublika elmi-praktiki seminarı keçiriləcək.

“Report” İnstituta istinadən xəbər verir ki, seminara hazırlıq məqsədi ilə bu gün İnformasiya Texnologiyaları İnstitutunda müşavirə keçirilib.

Təşkilat komitəsinin üzvlərinin iştirak etdiyi müşavirədə seminarın təşkili və hazırlıq işlərinin vəziyyəti haqqında ətraflı məlumat verilib. Tapşırıqların icrası, tədbirdə çıxış edəcək məruzəçilərin təqdimatlarının hazırlanması və digər təşkilati məsələlər müzakirə olunub.

Qeyd edək ki, “AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusunda seminarın keçirilməsində əsas məqsəd ölkənin elm və təhsil qurumlarının “AzScienceNet” elm kompüter şəbəkəsinin mövcud infrastrukturu, göstərdiyi xidmətlər, yüksək hesablama və yaddaş imkanları, elektron elmin inkişafında rolu, rouminq və bulud xidmətləri, şəbəkənin monitorinqi və təhlükəsizliyi, beynəlxalq elmi mühitə inteqrasiyası, habelə bu şəbəkədə formalaşan informasiya bazası üzərində elmi-tədqiqat imkanları kimi aktual məsələlərlə bağlı məlumatlandırılmasıdır.

Son xəbərlər

Orphus sistemi