Bakı. 28 noyabr. REPORT.AZ/ Bakıda dekabrın 1-də Azərbaycan-Türkiyə işgüzar görüşü keçiriləcək.
Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və Türkiyədə İKT sahəsində fəaliyyət göstərən şirkətlər ikitərəfli görüşlər keçirəcək. Eyni zamanda, “start-up”ların təqdimatı olacaq.
Sözügedən işgüzar görüşdə iştirak etməkdə maraqlı olan sahibkarlar “Azpromo”ya müraciət edə bilərlər.