Bakıda Azərbaycan-Türkiyə işgüzar görüşü keçiriləcək

Bakıda Azərbaycan-Türkiyə işgüzar görüşü keçiriləcək İşgüzar görüşdə "start-up"ların təqdimatı olacaq
İKT
28 Noyabr , 2016 17:06
Bakıda Azərbaycan-Türkiyə işgüzar görüşü keçiriləcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakıda dekabrın 1-də Azərbaycan-Türkiyə işgüzar görüşü keçiriləcək.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və Türkiyədə İKT sahəsində fəaliyyət göstərən şirkətlər ikitərəfli görüşlər keçirəcək. Eyni zamanda, “start-up”ların təqdimatı olacaq.

Sözügedən işgüzar görüşdə iştirak etməkdə maraqlı olan sahibkarlar “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi