Bakıda "Açıq innovasiyalar üzrə Startap Turu-2017" keçirilir

Bakıda "Açıq innovasiyalar üzrə Startap Turu-2017" keçirilir Tədbirin əsas təşkilatçısı Rusiyanın "Skolkovo" Fondudur
İKT
17 Aprel , 2017 10:45
Bakıda Açıq innovasiyalar üzrə Startap Turu-2017 keçirilir

Bakı. 17 aprel. REPORT/ Bu gün Bakıda "Açıq innovasiyalar üzrə Startap Turu-2017" tədbiri keçirilir.

"Report" xəbər verir ki, tədbir çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiyanın "Skolkovo" Fondu ilk dəfə Azərbaycanın ən yaxşı startaplarını müəyyən edəcəklər.

Layihənin təsisçisi Valeriya Şaxova bildirib ki, bu cür tədbirlər işin gələcək inkişafı və təkmilləşdirilməsi üçün ilham verir: "Hazırda klinik tədqiqatlar aparırıq və "Skolkovo" Fondunun rezidenti statusunun alınmasına səylə çalışırıq".

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Yüksək Texnologiyalar Parkı" MMC-nin direktoru vəzifəsini icra edən Kənan Bayramov isə "Skolkovo" Fondu ilə keçirilən "Açıq İnnovasiyalar üzrə Startap Turu"nun Rusiyadan olan həmkarları ilə ilk tədbir olduğunu deyib: "Bu, tədbirin miqyasını, keyfiyyətini və qarşıya qoyulan böyük məqsədi göstərir".

Qeyd edək ki, bu tədbir çərçivəsində qlobal tendensiyalar və beynəlxalq təcrübə haqqında maarifləndirmə sessiyaları, sahibkarların şəxsi və peşəkar inkişafı üçün treninqlər və yerli startaplar üçün müsabiqə keçiriləcək.

Müsabiqədə iştirak edəcək layihələr üçün biotibb, informasiya texnologiyaları və sənaye istiqamətləri əsas hesab edilir. 

Müsabiqədə I yeri tutacaq qalib mükafatla yanaşı "Skolkovo" texnoparkında təşkil olunacaq texnoloji sahibkarlar üçün "Startap village" startap konfransında iştirak hüququ əldə edəcək. II və III yerlərin sahiblərinə digər mükafatlar təqdim olunacaq. Həmçinin, iştirakçılar öz güclərini "GenerationS" akselerasiya proqramlarında sınaya biləcəklər.

Son xəbərlər

Orphus sistemi