Yuxarı
    Bağlamaq

    Bakıda 3D çap texnologiyalarına həsr olunmuş konfrans keçirilir

    Konfransda müxtəlif ölkələrdən 20-dən çox şirkət öz 3D printerləri və işlərini təqdim edir

    Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Bakıda 3D çap texnologiyalarına ("3D Print") həsr olunmuş konfrans işə başlayıb. 

    "Report"a məlumat verən kofransın əlaqələndiricisi Anna Vavilova qeyd edib ki, gələcəkdə Bakıda daha böyük analoji konfransın təşkili nəzərdə tutulub: "Bügünkü konfransla maraqlananlar çox olduğu üçün ilk konfransdan məmnunuq". 

    Onun sözlərinə görə, MDB ölkələri arasında təşkil olunan bu konfransda müxtəlif ölkələrdən 20-dən çox təşkilat öz 3D printerləri və işlərindən nümunələrini təqdim etmək üçün dəvət olunub. Azərbaycandan bu tədbirdə 5 şirkət öz printerlərini təqdim edir. İştirakçılardan Rusiyanın ilk 3D printerini yaradan “Picasso 3D” şirkəti üçölçülü çap texnologiyası haqqında, ABŞ-dan dəvət olunan mütəxəssis Anton Vidyaşin 3D çapın təhlükəsizliyi haqqında məlumat veriblər.

    Bu il üçün ümumilikdə 5 konfras təşkil etdiklərini deyən A.Vavilova növbəti konfransın apreldə Almatıda (Qazaxıstan) keçiriləcəyini bildirib: "Kofransın uğuru ondan ibarətdir ki, həmin tədbirdə Qazaxıstan ilk dəfə öz 3D printerini təqdim edəcək". A.Vavilova növbəti böyük konfransların Kiyev (Ukrayna), Sankt-Peterburq (Rusiya) və Moskva (Rusiya) şəhərlərində keçiriləciyini qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi