Yuxarı

Bakı limanı tender elan edib

Şirkət 1C proqram təminatı almaq niyyətindədir

Bakı. 13 yanvar. REPORT.AZ/ "Bakı Beynəlxalq Ticarət Dəniz Limanı" QSC 1C proqram təminatının alınması ilə bağlı açıq tender elan edib. "Report" xəbər verir ki, işlərin yerinə yetirilmə müddət 4 ay təşkil edir.

Tender zamanı əsasən aşağı qiymət, yüksək keyfiyyət, avadanlıq və proqram təminatının texniki xüsusiyyətləri, mühafizə imkanları, istifadə və xidmət rahatlığı, analoji layihə üzrə təcrübə, kadr potensialına üstünlük veriləcək.

Tenderdə iştirak haqqı 100 manat təşkil edir.

Tenderdə iştirak etmək üçün zəruri sənədlər fevralın 15-dək, tender təklifi isə fevralın 22-dək "Bakı Beynəlxalq Ticarət Dəniz Limanı" QSC -yə təqdim edilməlidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi