"Bakı 2015"-in rəsmi mobil əlavəsi hazırlanıb

"Bakı 2015"-in rəsmi mobil əlavəsi hazırlanıb İstifadəçilər buradan yarışlar haqqında ən son məlumat və nəticələri öyrənə biləcəklər
İKT
4 İyun , 2015 12:28
Bakı 2015-in rəsmi mobil əlavəsi hazırlanıb

Bakı. 4 iyun. REPORT.AZ/ “Bakı 2015” I Avropa Oyunlarının rəsmi mobil əlavəsi (tətbiqetməsi) istifadəçilər tərəfindən yüklənmə üçün tam hazırdır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Report”a verilən məlumata görə, Oyunların Təşkilat Komitəsindən qeyd edilib ki, istifadəçilərin yarışlar haqqında ən son məlumat və nəticələrlə yanaşı, sosial şəbəkələrə də çıxışı olacaq. “Bakı 2015”-in istifadəyə verilən yeni tətbiqetməsində I Avropa Oyunları ilə əlaqədar bütün idman yarışlarından canlı buraxılışları izləmək mümkün olacaq.

İstifadəçilər yarışların nəticələrindən xəbərdar olmaqla və yarışlardan verilən canlı buraxılışları izləməklə yanaşı, idmançılar və oyunların keçirildiyi obyektlər barəsində səhnə arxası məlumatları da buradan əldə edə biləcəklər. Bununla yanaşı, tətbiqetmədə 17 gün davam edəcək oyunların yarış cədvəllərinə də yer verilib.

“Bakıda Coşğu” bölməsi Bakı şəhəri və ətrafında baş verənlər haqda sosial şəbəkələr vasitəsilə edilən gündəlik paylaşımları tək mərkəzdə toplayır. Burada idmançı və tamaşaçıların I Avropa Oyunları ərəfəsində yaşadığı macəra dolu həyatı qeyri-adi formada ictimaiyyətə çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi