"Bakcell" yeni tarif paketini təqdim edib

"Bakcell" yeni tarif paketini təqdim edib Bu tarif abunəçilərə hər həftə 2 manat ödəməklə ölkədaxili 50 dəqiqə danışıq qazandırır
İKT
25 İyul , 2016 11:54
Bakcell yeni tarif paketini təqdim edib

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti yeni həftəlik “Klass M” tarif paketini təqdim edib.

Şirkətdən “Report”a bildirilib ki, “Klass M” tarifi abunəçilərə hər həftə 2 manat ödəməklə ölkədaxili 50 dəqiqə danışıq, 100 MB həcmində internetdən istifadə və “WhatsApp”dan pulsuz yararlanmaq imkanı qazandırır. Bu tarif paketinə qoşulmaq üçün *202#YES yığmaq lazımdır.

“Klass tarifinə qoşulan “Bakcell” abunəçiləri bir çox unikal imkanlar əldə edirlər. Abunəçilərin mobil xidmətlərə olan ehtiyacı müxtəlifdir. Biz onların mobil data, səs və SMS xidmətinə olan tələbatını nəzərə alaraq fərqli abunəçi qrupları üçün fərqli "Klass" paketləri təqdim edirik”, - deyə "Bakcell" şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.

Qeyd edək ki, hazırda “Klass” abunəçilərı “WhatsApp” mobil tətbiqindən pulsuz istifadə edirlər.

Son xəbərlər

Orphus sistemi