"Bakcell" yeni şüarını ictimaiyyətə təqdim edib

"Bakcell" yeni şüarını ictimaiyyətə təqdim edib Bu şüar şirkətin gündəlik fəaliyyətinin əsas istiqaməti olacaq
İKT
13 Yanvar , 2017 14:51
Bakcell yeni şüarını ictimaiyyətə təqdim edib

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti “Bax nələr mümkündür” şüarı ilə yeni mövqeləndirmə strategiyasına keçib.

Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, bu şüar “Bakcell”in gündəlik fəaliyyətinin əsas istiqaməti olacaq, müştərilərin müsbət dəyişikliklərə və innovasiyalara olan ehtiyacını ünvanlayacaq.

"Bakcell" təsis olunduğu gündən özünü qiymət və keyfiyyət nisbətinə önəm verən bir operator kimi təqdim edib. Müştərilərimizin ehtiyac və gözləntilərinin daim diqqət mərkəzində saxlanması bizi “Bakcell”in özünü ictimaiyyətə təqdimatını dəyişərək, onu daha fərqli və unikal etməyə ilhamlandırır. Zaman sürətlə dəyişir və dövrümüzün bütün çağırışlarına cavab vermək üçün biz zamanın nəbzini tutmalıyıq. Bu gün telekommunikasiya sahəsi daha çox mobil internetə, smartfonlara, tətbiqetmələrə, sürətə və digər texnoloji innovasiyalara yönəlib. Bu sahədə tərəqqi çox sürətlə gedir və texnoloji şirkət olaraq, müştərilərimizin bazarda mövcud olan ən yaxşı və təhlükəsiz həllərdən faydalanmalarına kömək edirik. Kommunikasiya dövrü düşündüklərimizdən daha artıqdır: o, bir çox müxtəlif imkanlar yaradır və bizim məqsədimiz insanların bu cür imkanlardan istifadə edə bilməsini asanlaşdırmaqdır. 

Beləliklə, “Bakcell”in yeni mövqeləndirmə strategiyasının məqsədi insanların həyatına daha çox fayda gətirmək, habelə kommunikasiya dövrünün təklif etdiyi müxtəlif imkanların müştərilərimiz tərəfindən mənimsənilməsini təmin etməkdir. Yeni “Bax nələr mümkündür” fəlsəfəsini rəhbər tutaraq, şirkət təkliflərini, innovasiyaları, xidmət və məhsullarını elə bir tərzdə təqdim etməyə çalışacaqki, onlar insanların gündəlik həyatını, işini və asudə vaxtlarını ən müasir texnoloji yeniliklərlə əhatə etsin. Bu yeni mövqeləndirmədə əsas məqsəd telekommunikasiya sahəsində “Bakcell”i digər rəqiblərdən aydın şəkildə fərqləndirmək, müştəriyönümlü olmaq və onların gözləntilərinə cavab verməkdir” - “Bakcell”in baş icraçı direktoru Nikolai Bekers bildirib.

Son xəbərlər

Orphus sistemi