"​Bakcell" yeni ödəniş sisteminə qoşulub

"​Bakcell" yeni ödəniş sisteminə qoşulub Bu ödəniş sisteminə qoşulan istifadəçilər müxtəlif ödənişlər həyata keçirə bilərlər
İKT
23 Aprel , 2015 16:24
​Bakcell yeni ödəniş sisteminə qoşulub

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkətinin abunəçiləri "Portmanat" ödəniş sistemi vasitəsilə balanslarını artıra bilərlər. 

Şirkətdən “Report”a verilən məlumata görə, “Portmanat” gündəlik istifadə oluna bilən elektron pul kisəsidir. Bu ödəniş sisteminə qoşulan şəxslər elektron pulqabı hesabı yaratmaqla mobil telefon və ya kompüter vasitəsilə müxtəlif ödənişlər həyata keçirə və yenidən “Portmanat”a pul qoya bilərlər.

Məlumatda qeyd olunub ki, bu xidmətdən yararlanmaq üçün qeydiyyatdan keçmək şərt deyil. Qeydiyyatsız və hesab açmadan ödəniş həyata keçirmək istəyən istifadəçilər “Portmanat Code” xidmətindən elektron vauçer almaqla istifadə edə bilərlər. Bununla yanaşı, "Portmanat" xidmətindən istifadəni daha asan olması məqsədilə mobil cihazlar üçün pulsuz proqram hazırlanıb. 

Son xəbərlər

Orphus sistemi