Yuxarı

"Bakcell" yeni kampaniyaya başlayıb

Bakcell abunəçiləri balansı artıran bonus dəqiqələri alacaqlar

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti "MilliÖN" ödəmə terminalları şəbəkəsinin sahibi - “Komtec” şirkəti ilə birlikdə “Bonus dəqiqələri” kampaniyasına start verib. Şirkətdən "Report"a bildirilib ki, yeni kampaniyanın keçirilməsində məqsəd "Bakcell" abunəçilərinə daha yaxşı xidmət göstərmək, onların məmnuniyyətini qazanmaq və sərf etdikləri məbləğin əvəzində daha çox dəyər əldə etmələrinin təmin olunmasıdır.

"MilliÖN" ödəmə terminalları vasitəsilə öz nömrələrinin balansına minimum 5 manat vəsait yükləyən əvvəlcədən ödəmə sistemində olan (prepaid) "Bakcell" abunəçilərinə 5 dəqiqə bonus təqdim edilir.

Bonus dəqiqələri ödəmə terminalında ödəniş həyata keçirildikdən dərhal sonra avtomatik olaraq abunəçinin balansına yüklənir. Bonus dəqiqələri yalnız şəbəkədaxili zənglər üçün istifadə oluna bilər və balansa yükləndikdən sonra 3 gün ərzində etibarlıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi