“Bakcell” Yeni il ərəfəsində “ASAN Məktub”la uşaqların arzularını reallaşdırıb

“Bakcell” Yeni il ərəfəsində “ASAN Məktub”la uşaqların arzularını reallaşdırıb Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkəti Yeni il ərəfəsində “ASAN Könüllüləri” təşkilatının “ASAN Məktub” layihəsinə qatılıb.
İKT
29 Dekabr , 2017 18:30
“Bakcell” Yeni il ərəfəsində “ASAN Məktub”la uşaqların arzularını reallaşdırıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkəti Yeni il ərəfəsində “ASAN Könüllüləri” təşkilatının “ASAN Məktub” layihəsinə qatılıb.

Bu barədə “Report”a Şirkətin Mətbuat xidmətindən məlumat verilib.

Layihə çərçivəsində Təhsil Nazirliyi və “ASAN Xidmət”in birgə təşəbbüsü olan “Məktəblinin dostu” layihəsinin də tərəfdaşlığı ilə aksiya təşkil olunub.

Məlumata görə, aksiyanın əsas məqsədi bayram ərəfəsində uşaqları sevindirmək, onların arzu və istəklərini reallaşdırmaqdır.

Bu münasibətlə “Bakcell” şirkətinin nümayəndələri və “ASAN Könüllülər”inin iştirakı ilə 50 uşağa məktəb çantası və digər məktəb ləvazimatları hədiyyə edilib.

"Artıq 2 ildən çoxdur ki, “Bakcell” “Uşaqlara ASAN sevgi” şüarı altında həssas qruplara aid uşaqlara sevinc bəxş etmək məqsədilə həyata keçirilən “ASAN Məktub” layihəsinə dəstək göstərir. Uşaqların saf arzularını reallığa çevirən bu layihə www.asanmektub.az internet səhifəsi vasitəsilə 14 yaşadək olan uşaqları əhatə edir. Layihə çərçivəsində uşaqların yazdığı məktublar sayta yerləşdirilir və onların istəkləri xeyirxah vətəndaşlar tərəfindən gerçəyə çevrilir. Layihənin mobil rabitə dəstəyi də "Bakcell" şirkəti tərəfindən təmin edilir. Xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlayan "Bakcell" şirkəti, uşaqlara sevinc bəxş etmək və onlara qayğı və diqqətini göstərmək üçün vaxtaşırı “ASAN Məktub” layihəsinə dəstək göstərir” – Şirkətin açıqlamasında deyilir.

Son xəbərlər

Orphus sistemi