Yuxarı
    Bağlamaq

    "Bakcell" yeni fakturalı "Klass" tariflərini açıqlayıb

    Bu tariflərə istənilən CIN, Klass və Business tarifinin  abunəçiləri qoşula bilər

    Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti müştərilərinə sonradan ödəniş planı üzrə, yəni hamısı birində fakturali "Klass" tariflərini təqdim edib.

    "Bakcell"dən "Report"a daxil olan məlumata görə, bu tariflərdə çoxlu dəqiqələr, SMS, internet və “Whatsapp”dan pulsuz istifadə etmək imkanı ilə yanaşı, aylıq abunə haqqının ödənilməsi üçün sərbəstlik, davamlı ünsiyyət üçün kredit limiti, beynəlxalq və rouminq dəqiqələri və müxtəlif ölkələrə səfər edən abunəçilərə rouminqdə istifadə etmək üçün 1 000 MB internet təqdim edilir. Bu tariflərə istənilən "CIN", "Klass" və "Business" tarifinin (korporativ abunəçilər istisna olmaqla) abunəçiləri qoşula bilər (qoşulma pulsuzdur).

    Fakturalı Klass XL Fakturalı Klass XXL Fakturalı Klass 3XL
    Hər ay ölkədaxili istifadə üçün:
    250 dəqiqə
    1000 MB

    Pulsuz WhatsApp (mətn)

    Hər ay ölkədaxili istifadə üçün:
    750 dəqiqə
    750 SMS

    2000 MB

    Pulsuz WhatsApp (mətn + zənglər)

    Hər ay ölkədaxili istifadə üçün:
    3 000 dəqiqə
    3 000 SMS

    10 GB

    Pulsuz limitsiz WhatsApp

    Beynəlxalq zənglər üçün 100 dəqiqə

    Rouminq üçün:

    100 dəqiqə daxil olan zənglər

    1 000 MB internet

    Qoşulmaq üçün *810#YES
    Aylıq abunə haqqı - 10 AZN
    Qoşulmaq üçün *825#YES
    Aylıq abunə haqqı - 25 AZN
    Qoşulmaq üçün *850#YES
    Aylıq abunə haqqı - 50 AZN

    "Klass" tariflərində paket kimi təqdim edilən dəqiqələr/SMS/internet trafik 1 ay müddətində etibarlıdır.

    Tarifdaxili pulsuz dəqiqələr, SMS və internet bitdikdən sonra qiymətlər aşağıdakı cədvələ uyğun hesablanır (bütün qiymətlərə ƏDV daxildir):

    Klass XL Klass XXL Klass 3XL
    AZN AZN AZN
    Ölkədaxili zənglər (1 dəq.) 0.06 0.04 0.04
    Beynəlxalq zənglər (1 dəq.) 0.32 0.32 0.32
    SMS (ölkədaxili) 0.03 0.03 0.03
    SMS (beynəlxalq) 0.10 0.10 0.10
    MMS 0.05 0.05 0.05
    İnternet (tarifdaxili paket bitdikdən sonra 64 kbit/saniyə sürətlə) 0 0 0
    Ölkədaxili zənglərin tarifikasiya müddəti 10 saniyə 10 saniyə 10 saniyə
    Beynəlxalq zənglərin tarifikasiya müddəti 30 saniyə 30 saniyə 30 saniyə
    Rouminq dəqiqələrinə tarifikasiya müddəti 1 dəqiqə 1 dəqiqə 1 dəqiqə
    İnternetin tarifikasiya intervalı 40 КВ 40 КВ 40 КВ

    Qeyd edək ki, "Klass" tariflərində təqdim edilən internet trafik abunə müddəti çıxmamış bitəndən sonra, internetin sürəti 64 kbit/s enəcək və yüksəksürətli internetdən istifadəni davam etmək üçün "Bakcell"in "Sür@" internet paketlərindən birini aktivləşdirmək lazımdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi