"Bakcell" xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyini davam etdirir

"Bakcell" xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyini davam etdirir Layihə müddətində 114-dən çox uşaq dərnəklərdə yeni bacarıqlar qazanacaq
İKT
16 May , 2017 19:00
Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyini davam etdirir

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycanın İlk Mobil Operatoru "Bakcell" şirkəti Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini bu il də davam etdirir.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, bu il layihə müddətində 114-dən çox uşaq dərnəklərdə yeni bacarıqlar qazanacaq, bu bacarıqlarını müxtəlif tədbirlərdə nümayiş etdirməklə həm özləri sevinəcək, həm də izləyənlərini sevindirəcəklər.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatında xoş və yaddaqalan dəyişikliklər yaradan bu layihə çərçivəsində UAFA-nın Gəncə, Xaçmaz, Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində indiyədək yüzlərlə uşaq yeni bacarıqlara yiyələnib, bir çox respublika və beynəlxalq səviyyəli yarışlarda qalib olub.

UAFA-nın təşkilatçılığı ilə dəstəklədiyimiz bu layihə sayəsində uşaqlar üçün əlavə imkanlar yaradılır və onlar gələcəyə doğru daha inamla irəliləyir, özlərini cəmiyyətin ayrılmaz hissəsi kimi hiss edirlər”- "Bakcell" şirkətinin baş icraçı direktoru Nikolai Bekers deyib.

UAFA təşkilatının direktoru Qven Börçell əməkdaşlıq nəticəsində bu uşaqların dayanıqlı xidmətlərlə təmin olunduqlarını və artıq öz uğurları ilə milli səviyyədə diqqət qazandıqlarını bildirib: ”Məqsədimiz əlilliyi olan gənc insanların aktivliyini təmin etmək, onlar üçün bərabər hüquq və imkanlar yaradılmasına dəstək verməkdir. Birgə layihəmiz cəmiyyətə xüsusi qayğıya ehtiyacı olan uşaqları daha yaxından tanıma və onları anlama imkanı yaradır”.

Qeyd edək ki, mərkəzlərdə təklif olunan dərnəklər hər dəfə uşaqların istək və maraqları əsasında seçilir. Bura dram, rəqs, rəsm, yaradıcılıq dərnəkləri daxildir.

Son xəbərlər

Orphus sistemi