​"Bakcell" və “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası gənclər üçün iş imkanları yaradır

​"Bakcell" və “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası gənclər üçün iş imkanları yaradır Layihə SOS Uşaq Kəndlərində yaşayan yeniyetmələrin məşğulluq imkanlarının genişləndirilməsinə yönəlib
İKT
31 May , 2016 20:17
​Bakcell və “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası gənclər üçün iş imkanları yaradır

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkətinin dəstəyi ilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi “Gənclərin Karyera və İnkişaf Mərkəzi” adlı layihənin icrasına başlayıb. 

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, layihə çərçivəsində yaradılan Gənclərin Karyera və İnkişaf Mərkəzi Bakı SOS Uşaq Kəndində yerləşir.

8 ay müddətində nəzərdə tutulan layihə SOS Uşaq Kəndlərində yaşayan yeniyetmələrin məşğulluq imkanlarının genişləndirilməsinə yönəlib. Layihənin əhatə etdiyi benefisiarlar əsasən valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və yeniyetmələrdir. Mərkəzin işə hazır vəziyyətə gətirilməsi üçün müvafiq təmir işləri aparılıb. Mart ayında mərkəzin maddi texniki bazası gücləndirilib, lazım olan ofis mebelləri və kompyuter avadanlıqları alınıb.

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB-nin veb-səhifəsinə gənclərin məşğulluğu bölümü əlavə olunub. Burada sözügedən layihə və tərəfdaşlar barədə ətraflı məlumat, müvafiq qanunvericilik vəfaydalı məlumat bazası, layihədən faydalananların CV bazası və məşğulluq imkanlarının əldə edilməsi üçün faydalı linklərin yerləşdirilməsi nəzərdə tutulub.

“Xüsusi qayğıya ehtiyacı olan uşaqları, yeniyetmə və gəncləri əhatə edən layihələrə dəstək göstərmək bizim KSM proqramımızın əsas prioritetlərindən biridir. Biz Mərkəzdə təlim keçən gənclərin işlə təmin olunması istiqamətində də tərəfdaşlarımızla danışıqlar aparırıq”, -deyə "Bakcell" şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib. 

Son xəbərlər

Orphus sistemi