"Bakcell" və "Azərpoçt" yeni kampaniyaya start verib

"Bakcell" və "Azərpoçt" yeni kampaniyaya start verib "Ulduzum" proqramı çərçivəsində abunəçilər pulsuz dəqiqələr əldə edəcəklər
İKT
6 Sentyabr , 2016 11:38
Bakcell və Azərpoçt yeni kampaniyaya start verib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti "Ulduzum" proqramı çərçivəsində ölkənin vahid dövlət poçt operatoru - “Azərpoçt” MMC ilə birlikdə yeni kampaniyaya start verib.

"Bakcell"dən "Report"a daxil olan məlumata görə, kampaniya çərçivəsində “Azərpoçt”un istənilən şöbəsində “Zolotaya Korona” sistemi üzərindən pul köçürmələri həyata keçirən hər bir şəxs "Ulduzum" proqramı tərəfindən şəbəkədaxili danışıqlar üçün 5 dəqiqə əldə edəcək. Dəqiqələrin balansa yüklənməsi üçün abunəçi öz "Bakcell" nömrəsini "Azərpoçt" əməkdaşına təqdim etməlidir. Əldə edilən bonus dəqiqələri 3 gün ərzində istifadə edilə bilər. Kampaniya 1 dekabr 2016-cı il tarixinə qədər davam edəcək.

Qeyd edək ki, 2,1 mln. nəfərdən çox abunəçisi və 180-dən çox tərəfdaşı olan "Ulduzum" bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və "Ulduzum" proqramının tərəfdaşları olan müəssisələrin müştərilərinin loyallığını təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda ən yaxşı istehlakçı xidmətidir.

"Ulduzum" proqramına qoşulmaq üçün “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaq kifayətdir. Proqramdan istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilən "Bakcell" "Ulduzum" applikasiyasını (həm "iOS", həm də "Android" platforması) www.ulduzum.az keçidindən istifadə edərək yükləmək olar. Bu applikasiyasını yükləməklə abunəçilər tərəfdaş siyahısına və endirim faizlərinə, xəritədə onlara yaxın olan tərəfdaşlara və öz istifadə tarixçəsinə asan keçid əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi