Yuxarı

"Bakcell" üç kateqoriya üzrə mükafat alıb

Bu mükafatlara şirkəti Amerika Ticarət Palatası layiq görüb

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkətinin həyata keçirdiyi üç layihə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində əldə olunan nailiyyətlərə görə (CSR Excellence Award) Təhsil, Korporativ Filantropiya və Dayanıqlılıq kateqoriyaları üzrə mükafatına layiq görülüb.

Şirkətdən “Report”a bildirilib ki, “Bakcell”in Təhsil və Korporativ Filantropi kateqoriyaları üzrə layihələri 1-ci, Dayanıqlılıq kateqoriyası üzrə layihəsi isə 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, AmCham təşkilatının “CSR Excellence Award” mükafatı Azərbaycanda KSM mədəniyyətinə töhfə vermiş üzv şirkətlərin ötən aylar ərzində gördüyü mühüm işləri tanıtdırmaq üçün verilən əsas mükafatdır. İctimai və özəl sektorlardan olan mütəxəssislər qrupu 31 şirkətin təqdim etdiyi 55 layihəni qiymətləndirərək, bu mükafata namizəd şirkətləri seçiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi