"Bakcell" Yeni ilə xüsusi hazırlaşır

"Bakcell" Yeni ilə xüsusi hazırlaşır Şəki. 22 dekabr. REPORT.AZ/ Bakcell MMC Mənim Bakcellim mobil əlavəsi vasitəsilə Cin tariflərindən öncədən ödənişli Klass tarif paketlərinə keçidin mümkün olmasına baxmayaraq, fakturalı Klass tarif paketlərinə və əksinə keçidin mümkünsüzlüyü məsələsinə aydınlıq gətirib.
İKT
22 Dekabr , 2018 16:04
Bakcell Yeni ilə xüsusi hazırlaşır

Şəki. 22 dekabr. REPORT.AZ/ "Bakcell" MMC "Mənim Bakcellim" mobil əlavəsi vasitəsilə "Cin" tariflərindən öncədən ödənişli "Klass" tarif paketlərinə keçidin mümkün olmasına baxmayaraq, fakturalı "Klass" tarif paketlərinə və əksinə keçidin mümkünsüzlüyü məsələsinə aydınlıq gətirib.

"Report" xəbər verir ki, jurnalistlər üçün keçirilən təlimdə şirkətin müştəri təcrübəsinin idarə edilməsi və rəqəmsal kanallar üzrə bölmə rəhbəri Elşən Soltanov bir sıra məsələləri aydınlaşdırıb.

E.Soltanovun sözlərinə görə, "Klass" tarif paketləri iki növ olur - fakturalı və fakturasız: "Sonradan ödəməli "Klass" tarif paketlərində abunəçi nömrəsinin tarifini dəyişmək üçün mütləq müştərilər xidmət mərkəzlərinə yaxınlaşmalıdır. Bu, şərtlər, ödəniş və başqa bir çox məsələlərlə bağlı aydınlaşdırma üçündür. Həmçinin "Mənim Bakcellim" mobil əlavəsi vasitəsi ilə "Cin" tarifindən fakturalı "Klass" tarifinə keçid mümkün deyil".

"Bakcell" rəsmisi əslində müasir texniki imkanlarla bu məsələnin xidmət mərkəzlərinə yaxınlaşmadan da həll edilə bilən olduğunu və abunəçilərdən yığılan rəylər əsasında gələcəkdə mobil əlavədə baş verəcək yeniliklərdə nəzərə alına bilinəcəyini qeyd edib.

Şirkətin şəbəkə problemlərinin araşdırılması və dəstək xidmətinin rəhbəri Oruc Sadıqov həmçinin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramları ərəfəsində abunəçilərin keyfiyyətli rabitə imkanlarından yararlanması üçün şirkətin gücləndirilmiş iş rejimində çalışacağını da qeyd edib. Bayramlar ərəfəsində şəbəkədə hər hansı yükləmənin baş verməməsi üçün "Bakcell" qabaqlayıcı tədbirlərə başlayıb.

Son xəbərlər

Orphus sistemi