"Bakcell" şirkətinin "Ulduzum" proqramı beynəlxalq müsabiqədə qalib gəlib

"Bakcell" şirkətinin "Ulduzum" proqramı beynəlxalq müsabiqədə qalib gəlib "Ulduzum" programı "Telecoms World" tərəfindən 250 namizəd arasında ən yaxşı istehlakçı xidmətləri göstərən 5 şirkətdən biri seçilib
İKT
24 Avqust , 2015 11:59
Bakcell şirkətinin Ulduzum proqramı beynəlxalq müsabiqədə qalib gəlib

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti “Ulduzum” proqramı ilə telekommunikasiya sahəsində müştərilərinə yüksək səviyyəli istehlakçı xidmətləri təqdim edən 5 ən yaxşı şirkət sırasına daxil edilib. Bu barədə “Report”a şirkətdən məlumat verilib. 

Bildirilib ki, "Bakcell"in “Ulduzum” proqramı “Telecoms World” tərəfindən Orta Şərq, Mərkəzi və Şərqi Asiya və Şimali Afrika ölkələrində fəaliyyət göstərən 250 namizəd arasında ən yaxşı istehlakçı xidmətləri göstərən 5 finalçı şirkətdən biri kimi qiymətləndirilib. Beləliklə, Şirkət sentyabr ayında Dubayda keçiriləcək “The Telecoms World Middle East Awards 2015” mükafatlandırma mərasimində “Ən yaxşı istehlakçı xidmətləri” kateqoriyasında birinci yerə çıxmaq şansına sahibdir.

Qeyd edək ki, 1,4 mln.-dan artıq abunəçisi ilə "Bakcell"in "Ulduzum" proqramı istifadəçilərinə bir çox imtiyazlar və xidmətlər təqdim edərək loyallığı artıran ən uğurlu və tanınmış loyallıq proqramlarından biridir. Yeni istifadəyə verilən “iOS” və “Android” əməliyyat sistemində işləyən mobil proqram vasitəsilə “Bakcell” abunəçiləri müxtəlif “Ulduzum” endirimlərindən faydalana bilir.

Son xəbərlər

Orphus sistemi