"Bakcell" şirkəti tarifləri sabit saxlamaq niyyətindədir

"Bakcell" şirkəti tarifləri sabit saxlamaq niyyətindədir Maria Toyçeva: "Lakin üçüncü devalvasiya olarsa, bu, bütün biznesə, şirkətlərə təsir edəcək"
İKT
7 Mart , 2016 17:08
Bakcell şirkəti tarifləri sabit saxlamaq niyyətindədir

Bakı. 7 mart. REPORT.AZ/ Mobil operatorların şəbəkə üzrə xərcləri və tətbiq olunan tariflər xarici valyuta ilə hesablanır. Bunu "Report"a açıqlamasında "Bakcell" şirkətinin baş marketinq direktoru Maria Toyçeva bildirib: "Düzdür, dünya operatorları olan tərəfdaşlarımızla tariflərə təsir göstərməməklə mümkün qədər xərcləri azaltmağa çalışacağıq. Digər tərəfdən də keyfiyyətin zərər görməsini istəmirik".

Dünyada operatorlarası ödəmələrin xarici valyuta ilə həyata keçirildiyini qeyd edən M.Toyçeva əlavə edib ki, bundan sonra Azərbaycanda devalvasiyanın olmayacağına ümid edir: "Bu yaxınlarda mətbuatda da rəsmi səviyyədə manatın növbəti devalvasiyasının olmayacağı haqqında bəyanatları oxudum. "Bakcell" iki devalvasiya dalğasına tab gətirib, yəni tarifləri artırmadıq. Anlayırdıq ki, bu bizim müştərilərimiz üçün çətin ola bilər. Lakin üçüncü devalvasiya olarsa, bu, bütün biznesə, şirkətlərə təsir edəcək. Çalışacağıq ki, tarifləri artırmayaq. Lakin elə şərait yarana bilər ki, biz qiymətləri saxlaya bilmərik. Çünki keyfiyyət də önəmlidir, yəni hansı qiymət məhsullarımızın keyfiyyətinə təsir göstərə bilərsə, buna görə keyfiyyətsiz məhsullar təqdim etmək istəmərik".

Xatırladaq ki, fevralda "Bakcell" şirkətinin icraçı direktoru Riçard Şirer açıqlamasında bildirmişdi ki, mobil operatorun internet tariflərində heç bir artım gözlənilmir: "Hər hansı əlavə xərc ortaya çıxarsa, onu müştəri yox, şirkət olaraq biz ödəməliyik. Hazırda "Bakcell"in hər hansı iqtisadi çətinlik dövrü keçirdiyini demək olmaz. Qiymətlərdə də heç bir problem yoxdur, strategiya əvvəldən müəyyənləşdirilib".

Son xəbərlər

Orphus sistemi