Yuxarı

​"Bakcell" şirkəti fəxri fərmanla təltif olunub

“Bakcell” şirkəti əlavə olaraq 95 ədəd 2G/3G stansiyası və 20 ədəd 4G xidməti dəstəkləyən stansiya quraşdırıb

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti I Avropa Oyunlarının telekommunikasiya xidmətlərinə verdiyi töhfəyə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub.

Şirkətdən “Report”a verilən məlumata görə, “Bakcell” tərəfindən Bakı Su İdmanı Mərkəzi, Bakı İdman Zalı, Tofiq Bəhramov adına Respublika Stadionu, Heydər Əliyev adına İdman Arenası, Atletlər kəndi, Bakı Kristal Zalı, "Fairmont" hoteli və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı kimi yarış və qeyri-yarış məkanları binadaxili avadanlıqlarla təchiz olunub.

Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində istifadəçilərə göstərilən xidmətin yüksək səviyyədə təşkil olunması məqsədilə “Bakcell” şirkəti əlavə olaraq 95 ədəd 2G/3G stansiyası və 20 ədəd 4G xidməti dəstəkləyən stansiya quraşdırıb. Məlumatda qeyd olunub ki, yüksək şəbəkə keçiriciliyini təmin edən əlavə innovativ avadanlıqların quraşdırılması nəticəsində “Bakcell” şəbəkəsi daha da gücləndirilərək Oyunların keçirildiyi bütün məkanlarda çoxlu sayda abunəçilərin yüksək keyfiyyətli səs və internet xidmətləri ilə təmin edib.

Avropa Oyunları zamanı Azərbaycana gələn turistlərin 1 000 nəfərdən çoxu 150 Mbit/s çatan sürəti dəstəkləyən LTE xidmətindən faydalanmaq üçün “Bakcell” şəbəkəsini seçiblər. Bununla yanaşı, “Bakcell” şirkəti Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar arasında abunəçilərinə rouminqdə olarkən 4G xidmətini təqdim edən yeganə operatordur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi