"Bakcell" şirkəti "Digiturk"lə tərəfdaşlığa başlayıb

"Bakcell" şirkəti "Digiturk"lə tərəfdaşlığa başlayıb "Bakcell"in abunəçiləri 4G xidməti ilə "Digiturk"ün təqdim etdiyi 100-dən çox populyar kanalı izləyə biləcəklər
İKT
12 Noyabr , 2015 17:48
Bakcell şirkəti Digiturklə tərəfdaşlığa başlayıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti Türkiyənin rəqəmsal televiziya yayım platforması - "Digiturk" şirkəti ilə tərəfdaşlığa başladığını elan edib.

"Report" xəbər verir ki, bununla da "Bakcell" müştəriləri üçün geniş çeşidli TV məzmunu, xüsusilə, futbol azarkeşləri üçün "LİG TV" kanalını təqdim edəcək. 

Bu, "Bakcell"in "Qoş və Coş" xidməti çərçivəsində əyləncəli xidmətlər paketinə daxildir. Artıq "Bakcell"in abunəçiləri yüksək sürətli 4G LTE xidməti ilə "Digiturk" şirkətinin təqdim etdiyi 100-dən çox populyar kanalı istənilən yerdə və istənilən zaman izləmək imkanına malik olacaqlar.

Son xəbərlər

Orphus sistemi