“Bakcell” sınaq nəticələrinə görə Azərbaycanda ən yaxşı mobil şəbəkə kimi tanınıb

“Bakcell” sınaq nəticələrinə görə Azərbaycanda ən yaxşı mobil şəbəkə kimi tanınıb Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi şəbəkənin ümumi iş keyfiyyəti üzrə ən yaxşı nəticələr nümayiş etdirir
İKT
11 Oktyabr , 2017 18:29
“Bakcell” sınaq nəticələrinə görə Azərbaycanda ən yaxşı mobil şəbəkə kimi tanınıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan “Bakcell” MMC şəbəkənin ümumi iş keyfiyyəti üzrə ən yaxşı nəticələr nümayiş etdirməkdə davam edir.

“Report” xəbər verir ki, bu barədə bu gün keçirilmiş tədbirdə məlumat verilib.

Qeyd olunub ki, mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti “Bakcell”i Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görüb. “P3 Communications” şirkətinin tətbiq etdiyi test metodologiyası xidmətlərin geniş spektri üzrə müştəri təcrübəsinin ölçülməsinə əsaslanır.

Mobil rabitə şəbəkələrinin müqayisəli testləri həm səs, həm də mobil internet xidmətləri üzrə 2017-ci ilin avqust ayı ərzində bütün ölkə ərazisində, o cümlədən, şəhərlərdə, qəsəbələrdə və əsas yollarda keçirilib. 100% səyyar test formasında təşkil olunan bu testlərin 55%-i Bakı, Gəncə, Şəki, Şirvan, Quba, Mingəçevir, Sumqayıt və s. şəhərlərdə, qalan hissəsi isə Xırdalan, Qəbələ, Xaçmaz, Lənkəran və s. bu kimi daha kiçik şəhərlər və bu şəhərlərlə qəsəbələr arasında olan yollarda keçirilib.

Testlərin nəticələrinə əsasən, Bakcell Azərbaycanda ümumi şəbəkə təcrübəsinə görə ən yüksək göstəriciyə, Bakı və ölkənin digər böyük şəhərlərində isə sınaq nəticələrinə görə ən yaxşı mobil internet şəbəkəsinə malikdir.

“Mobil rabitə şəbəkələrinin müqayisəli testləri sahəsində beynəlxalq lider tərəfindən Bakcell şəbəkəsinin sınaq nəticələrinə görə ən yaxşı mobil şəbəkə (“the best in test”) elan edilməsi bizi çox sevindirir. “Bakcell” öz müştəriləri üçün ən qabaqcıl mobil istifadəçi təcrübəsini təmin etmək məqsədilə öz şəbəkəsinə investisiya yatırmağa davam etdirir. Bizim 3G və 4G şəbəkələrimiz daim təkmilləşdirilir və regionları da əhatə etmək üçün genişləndirilir. Şəbəkənin təkmilləşdirilməsi üçün biz yeni texnologiyalardan istifadə edirik ki, bu da, öz növbəsində, “Bakcell” şəbəkəsinin üstünlüyünü təmin etmiş olur. Artıq 2-ci ildir ki, “Bakcell” şəbəkəsini müqayisəli testlər aparan müstəqil beynəlxalq təşkilatlar ən yaxşı şəbəkə kimi tanıyır və mən inanıram ki, “Bakcell” abunəçilərinə ən qabaqcıl mobil istifadəçi təcrübəsini təklif etməklə, biz bu nailiyyətimizi qarşıdan gələn illərdə də qoruyub saxlayacağıq”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.

6500-dən artıq baza stansiyası sayəsində “Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Xatırladaq ki, “Bakcell” müasir mobil kommunikasiya xidmətləri, geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan “Bakcell”, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

“Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan “Bakcell” şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.bakcell.com internet səhifəsinə daxil olmaq, 555 nömrəsinə zəng etmək lazımdır. Press-relizlərlə tanış olmaq üçün isə www.bakcell.com/az/news (və yaxud ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olmaq lazımdır.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi