Yuxarı
    Bağlamaq

    ​"Bakcell" şəbəkəsi ilin "Ən yaxşı mobil şəbəkə"si seçilib

    Şirkət Azeri Business Award Milli Mükafatına layiq görülüb

    Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru olan "Bakcell" şirkəti 2015-ci ilin “Ən yaxşı mobil şəbəkə”si adına layiq görülüb. Bu barədə "Report"a şirkətin mətbuat xidmətindən məlumat verilib.

    Bu yaxınlarda keçirilmiş tədbirdə şirkət “Business Time” jurnalının təsis etdiyi “Azeri Business Award” Milli Mükafatı ilə təltif olunub.

    "Öz abunəçiləri üçün daha geniş əhatə dairəsinə və daha yüksək ötürmə qabiliyyətinə malik olan şəbəkəni təmin edən "Bakcell" şirkəti ölkədə ən etibarlı və dayanıqlı şəbəkəyə sahibdir. "Bakcell", tezlik daşıyıcılarının birləşməsi texnologiyasından istifadə edən və “LTE-Advance” Kateqoriya 6 xidmətlərini göstərən dünya üzrə 73 şəbəkədən biridir. Təkmilləşdirilmiş "Bakcell" şəbəkəsi daha yüksək data sürətini (225 Mbit/saniyəyə qədər) dəstəkləməyə və HD Səs kimi innovativ texnologiyaları təqdim etməyə texniki baxımdan tam hazırdır. Ötən ilin II rübündə aparılan mobil operator şəbəkələrinin müstəqil keyfiyyət monitorinqinin (bençmarkinq) nəticələrinə görə, "Bakcell" yüksək keyfiyyətli səs rabitəsi, dayanıqlı internet əlaqəsi və yüksək sürətli LTE şəbəkəsində ən yaxşı göstəricilərə sahib olmaqla rəqiblərini üstələyib", - deyə məlumatda bildirilir.

    "Bizim üçün ən böyük əhəmiyyət kəsb edən odur ki, indi şəbəkəmizin üstün keyfiyyəti mütəxəssislər tərəfindən müsbət qiymətləndirilməklə yanaşı, həm də Azərbaycanda fəaliyyət göstərən müxtəlif biznes sahələri tərəfindən tanınır. "Bakcell" şəbəkəsinin üstünlüyü artıq özünü işgüzar müştərilərimizin sayının artmasında təzahür etdirir və şirkətimizin “Ən yaxşı mobil şəbəkə” nominasiyasında “Azeri Business Award” mükafatı ilə təltif olunması bunu bir daha sübut edir. Ötən bir neçə il ərzində "Bakcell" öz şəbəkəsinin inkişafına və genişləndirilməsinə böyük investisiyalar yatırıb. Yeni-yeni və daha effektiv vasitələri tətbiq etməklə bu istiqamətdə fəaliyyətimizi davam etdirməyi planlaşdırırıq", - deyə "Bakcell"in baş icraçı direktoru Riçard Şirer bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi