Yuxarı
    Bağlamaq

    "​Bakcell" şəbəkənin yenilənməsi işlərini başa çatdırıb

    Bu, Azərbaycan və dünyada simsiz rabitə sənayesində indiyə qədər həyata keçirilmiş ən mürəkkəb layihələrdən biridir

    Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti daha geniş əhatə dairəsi və daha yüksək ötürmə qabiliyyətinə malik etibarlı şəbəkə qurmaq üçün şəbəkənin yenilənməsi və unifikasiyası layihəsi çərçivəsində həyata keçirdiyi genişmiqyaslı işlərin başa çatdırıldığını elan edir. Bu barədə "Report"a şirkətin mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, bu layihə Azərbaycanda və ümumiyyətlə, dünya üzrə simsiz rabitə sənayesində indiyə qədər həyata keçirilmiş ən kompleks və mürəkkəb layihələrdən biri hesab edilir və əsas məqsəd abunəçiləri keyfiyyət, sürət və sabitlik baxımından ən üstün təcrübə ilə təmin etməkdir. "Bakcell"in şəbəkəsi yeni və innovativ xidmətləri daha az istismar xərcləri ilə dəstəkləyəcək. Şirkətin yenilənmiş şəbəkəsi abunəçilərə Azərbaycanda mövcud olan mobil şəbəkələr arasında ən yüksək internet xidməti vasitəsilə HD səs və video kimi innovativ xidmətlər təqdim edəcək.

    “Heç bir şəbəkə abunəçilərini bu dərəcədə yüksək sürət və müfəssəl əhatə dairəsi ilə təmin edə bilmir. Biz xüsusilə 3G və 4G+ üzərindən yüksək sürətli mobil internet dünyası xidmətlərinin əlçatan olması üçün şəbəkəmizi yenilədik. "Bakcell" yüksək sürətli internet xidməti vasitəsilə bu xidmətlərin abunəçilərə təqdim olunması üçün daha geniş spektrə malikdir. Daha sadə şəkildə desək, bizim şəbəkəmiz daha sürətli və daha yaxşıdır”, - "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

    “Layihə telekommunikasiya sahəsində aparıcı xidmət təchizatçıları olan “Nokia Solutions and Networks” və “Huawei Technologies” şirkətlərinin texnologiya və qlobal təcrübəsindən istifadə etməklə həyata keçirilib. İnanırıq ki, şəbəkə resurslarının unifikasiyası layihəsinin təmin etdiyi daha yaxşı əhatə dairəsi, yüksək ötürmə qabiliyyəti, sabitlik və texnologiyalar "Bakcell" abunəçilərinə göstərilən xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəltməklə bərabər, həm də "Bakcell" mobil rabitə şəbəkəsində təklif olunan yeni mütərəqqi xidmətlərin göstərilməsi üçün möhkəm və uyğunlaşa bilən bir baza yaradacaq”, - "Bakcell"in baş texniki direktoru Yiğit Berktaş bildirib.

    Qeyd edək ki, işğal olunmuş ərazilər istisna olmaqla 5 300-dən artıq baza stansiyası sayəsində "Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni əhatə edir. Şirkətin 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə 26 müştəri xidməti mərkəzləri var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi