​“Bakcell” Rusiyada sərfəli internet kampaniyasını aktivləşdirib

​“Bakcell” Rusiyada sərfəli internet kampaniyasını aktivləşdirib Şirkət abunəçiləri “Meqafon” mobil operatoruna qoşulduqda yüksək sürətli internetdən istifadə edəcəklər
İKT
19 İyul , 2016 20:40
​“Bakcell” Rusiyada sərfəli internet kampaniyasını aktivləşdirib

Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti 1 MB =1 qəpik kampaniyasının aktiv olduğu ölkələrin siyahsına Rusiyanı da əlavə edib.

Şirkətdən “Report”a verilən məlumata görə, Rusiyada səfərdə olan “Bakcell” abunəçiləri “Meqafon” mobil operatoruna qoşulduqda hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksəksürətli internetdən istifadə edə biləcəklər. Bu təklifdən yararlanmaq üçün abunəçilər sadəcə *125#1000#YES yığaraq rouminq internet paketini aktivləşdirməlidirlər.

“Bakcell” abunəçiləri hazırda dünyanın 21 ölkəsində (Türkiyə, ABŞ, BƏƏ, Rusiya, Yunanıstan, Almaniya, Böyük Britaniya, Çexiya Respublikası, İspaniya, Macarıstan və s.) bu imkandan yararlanırlar.

Qeyd edək ki, şirkət daha çox ölkədə abunəçiləri üçün ən sərfəli qiymətlə yüksəksürətli internet xidməti təklif etmək məqsədilə rouminq tərəfdaşları ilə danışqlar aparır.

Son xəbərlər

Orphus sistemi