"Bakcell" rouminq kampaniyasının əhatəsini genişləndirir

"Bakcell" rouminq kampaniyasının əhatəsini genişləndirir Daxil olan zənglər 1 dəqiqəsi 25 qəpik, çıxan zənglər 75 qəpiklə hesablanacaq
İKT
14 İyul , 2015 12:23
Bakcell rouminq kampaniyasının əhatəsini genişləndirir

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkətinin rouminqdə olan kampaniyalarından artıq “Gold” (korporativ ) abunəçilər də faydalana bilərlər.

Şirkətdən “Report”a verilən məlumata görə, rouminq xidmətindən yararlanmaq üçün *130#YES kodunu yığmaq yetərlidir. Kampaniya çərçivəsində rouminqdə olarkən daxil olan zənglərin 1 dəqiqəsi 0,25 manat, çıxan zənglərin 1 dəqiqəsi 0,75 manat təşkil edir. Gündəlik xidmət haqqı isə 0,35 manatdır.

Qeyd edək ki, “Bakcell” şirkətinin korporativ abunəçilərinin rouminq qiymətlərindən faydalana biləcəyi ölkələrin sayı 30-dan 37-yə qədər artırılıb.

Hazırda "Bakcell" abunəçiləri ümumilikdə 168 ölkədə 417 mobil operatorun şəbəkəsində rouminq xidmətindən istifadə edə bilirlər.

Son xəbərlər

Orphus sistemi