“Bakcell” Qərb Universiteti ilə əməkdaşlıq edəcək

“Bakcell” Qərb Universiteti ilə əməkdaşlıq edəcək Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru “Bakcell” MMC və ilk özəl ali təhsil müəssisəsi olan Qərb Universiteti (Western Caspian University) arasında əməkdaşlıq memorandumu imzalanıb. 
İKT
15 Dekabr , 2017 17:23
“Bakcell” Qərb Universiteti ilə əməkdaşlıq edəcək

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru “Bakcell” MMC və ilk özəl ali təhsil müəssisəsi olan Qərb Universiteti (Western Caspian University) arasında əməkdaşlıq memorandumu imzalanıb. 

Bu barədə “Report”a "Bakcell"dən bildirilib. 

Şirkətin baş icraçı direktoru Nikolay Bekkers (Nikolai Beckers) və Qərbi Universitetinin rektoru Andris Leytas (Andris Leitas) tərəfindən imzalanmış sənədə əsasən, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur.

“Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, Azərbaycan gənclərinin əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə töhfə verəcək”, – deyə "Bakcell"in açıqlamasında deyilir.

“Bakcell" ilə imzaladığımız bu razılaşma gənclərimiz üçün yeni gözəl imkanlar yaratmaqla yanaşı bir çox birgə layihələrin həyata keçirilməsi üçün başlanğıc nöqtəsi olacaqdır. Həmçinin birgə fəaliyyətimiz çərçivəsində universitet tələbələrinin Bakcell şirkətinin müxtəlif təcrübə və stajkeçmə proqramlarında iştirakı və digər birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, “Bakcell”in təcrübəsi universitetimiz tərəfindən qurulmuş texnoparkın inkişaf etdirilməsinə, bu texnoparkda müxtəlif istiqamətlər üzrə “Start-up” layihələrinin həyata keçirilməsinə böyük dəstək olacaq”, - deyə A.Leytas bildirib.

“Azərbaycanın milli mobil operatoru olaraq "Bakcell" şirkəti üzün illərdir ki Azərbaycan gənclərinə təhsil və karyeranın qurulması istiqamətlərində dəstək göstərməkdədir. Bu fəaliyyət çərçivəsində gənclər üçün şirkətdə təcrübə və iş imkanları yaradılıb. Biz, Qərb Universiteti ilə əməkdaşlığa başlamağımıza çox şadıq və təbii ki, universitetin mühüm layihələrinin həyata keçirilməsində öz dəstəyimizi əsirgəməyəcəyik”, - deyə N.Bekkers qeyd edib.

Tərəflər arasında imzalanmış sənəd müxtəlif sahələr üzrə elmi tədqiqat işlərinin aparılmasında stimullaşdırıcı tədbirlərin qarşılıqlı həyata keçirilməsi, tələbələrin təcrübə keçməsi üçün dəstək verilməsi, universitet məzunlarının ixtisaslarına uyğun işlə təmin edilməsinə dəstək verilməsini nəzərdə tutur. Eyni zamanda razılaşmaya əsasən, "Bakcell" özünün “Applab” layihəsi çərçivəsində gördüyü işlərə əsaslanaraq universitet tərəfindən qurulmuş texnoparkın (Yüksək Texnologiyalar Parkının) inkişaf etdirilməsi və orada müxtəlif istiqamətlər üzrə startap layihələrinin həyata keçirilməsi sahəsində öz təcrübəsini bölüşəcək. 

Son xəbərlər

Orphus sistemi