Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti yeni beynəlxalq balansartırma xidmətinin istifadəyə verildiyini elan edib.
Şirkətdən "Report"a daxil olan məlumata görə, bu xidmət Rusiya ərazisindən "Bakcell" nömrəsinin balansını asanlıqla artırmaq imkanı verir.
Ödənişləri həyata keçirmək üçün Rusiyanın istənilən mobil operatorunun elektron pul kisəsi xidmətini istifadə edən abunəçilər sadəcə
Qeyd edək ki, "Bakcell" Azərbaycanda bu cür xidmətləri göstərən ilk şirkətdir. Bu layihənin başlıca məqsədi "Bakcell" xidmətlərini Azərbaycan vətəndaşlarının tez-tez səfər etdiyi ölkələrdə, xüsusilə azərbaycanlı icmaların (diasporun) yaşadığı ölkələrdə daha əlçatan etməkdən ibarətdir.