"Bakcell" müştəriləri üçün yeniliklər hazırlayıb

"Bakcell" müştəriləri üçün yeniliklər hazırlayıb Bakı. 5 dekabr. REPORT.AZ/ “Bakcell” şirkəti XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2017”) sərgi-konfransında fəal iştirak edir.
İKT
5 Dekabr , 2017 16:08
Bakcell müştəriləri üçün yeniliklər hazırlayıb

Bakı. 5 dekabr. REPORT.AZ/ “Bakcell” şirkəti XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2017”) sərgi-konfransında fəal iştirak edir.

"Report"un verdiyi xəbərə görə, Şirkət öz stendində ən müasir texnologiyaları, məhsul və xidmətlərini, nailiyyətlərini nümayiş etdirir, habelə  ziyarətçilər üçün bir sıra əyləncəli və maraqlı oyunlar, fan-zonalar təşkil olunub.

“Bakutel-2017” sərgisində "Bakcell" stendinin ziyarətçiləri “Robot Automation Latency” (proseslərin robotlaşdırılması, məlumatların ötürülməsində gecikmə müddəti) nümayişi ilə yanaşı, Azərbaycanda indiyədək görünməmiş 5G-yə hazırlığı və 4.5G Pro texnologiyasının sürətini görmək imkanı qazanacaqlar. “Bakcell” və “Nokia” şirkətləri tərəfindən təqdim olunan bu nümayişdə məlumatların ötürülməsində gecikmə müddətinin aşağı olması, habelə sürətli, effektiv və intellektual rabitənin təmin olunmasında bütün proseslərin avtomatlaşdırılması ilə bərabər aşağı gecikmə müddətinin əhəmiyyəti diqqətə çatdırılacaq. Qonaqlar 1 Gbit/saniyəyədək data sürətinə və hətta robot şousuna baxıb əylənə biləcəklər.

Bundan əlavə, “Bakcell” stendinin ziyarətçiləri şirkətin təqdim etdiyi “Bakcell TaxFree app”, “Klass Postpaid”, “MyHour” və hətta “Pulsuz İnstagram” kimi bəzi yeni məhsullar, təkliflər və xidmətlərlə tanış ola bilər. Həmçinin, “Bakcell”in korporativ müştərilərinə yaxın gələcəkdə təklif olunacaq “Microsoft Office 365” abunə paketini əldə etmək istəyənlər həmin paketi “Bakcell” stendində öncədən sifariş edə bilərlər.

Üstəlik stenddə “Bakcell” şirkətinin “AppLab” proqramı vasitəsilə gənc proqram tərtibatçıları tərəfindən yaradılmış 4 layihə də nümayiş etdirilir. “AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək məqsədi ilə yaradılmış proqramdır.

Stendin "Sür@" zonasında qonaqlar hətta pulsuz internet trafiki əldə etmək imkanına malikdir. Belə ki, bu zonada böyük bir monitora (spidometr) qoşulmuş qaçış trenajoru quraşdırılacaq və gələnlər bu trenajorda 30 saniyə ərzində qaçmağa dəvət olunurlar. İştirakçılar öz qaçış sürətlərinə uyğun yığdıqları meqabaytlar həcmində internet trafiki qazana bilər. Bu yarışma başa çatdırdan sonra intirakçının qazandığı meqabaytlar növbəti gün ərzində onun telefon nömrəsinin balansına yüklənilir. İştirakçı hətta "Bakcell" abunəçisi olmadıqda belə, meqabaytlar hədiyyə kimi onun dostunun/yaxınının balansına yüklənə bilər.

Son xəbərlər

Orphus sistemi