"Bakcell" müştərilər üçün reklam SMS-lərini məhdudlaşdırmaq imkanı yaradıb

"Bakcell" müştərilər üçün reklam SMS-lərini məhdudlaşdırmaq imkanı yaradıb Mobil operator bunun üçün yeni filtr platforması yaradıb
İKT
22 İyun , 2015 12:52
Bakcell müştərilər üçün reklam SMS-lərini məhdudlaşdırmaq imkanı yaradıb

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabirə operatoru olan "Bakcell" şirkəti reklamçılar tərəfindən öz müştərilərinə göndərilən kütləvi SMS-lərin idarə edilməsinə imkan yaradan yeni platformanı istifadəyə verib.

"Bakcell"dən "Report"a verilən məlumata görə, bu yeni xidmət müştərilərin arzuolunmaz ticari reklamları almamalarına kömək edəcək. İndi müştərilər istədikləri mağaza, şirkət, bank və ya müvafiq hesab etdikləri hər hansı digər hesabların adları yazılmış fərdi “ağ siyahı”larını yaradaraq, yalnız arzu etdikləri reklam mesajlarını qəbul edə biləcəklər.

“5595” qısa nömrəsinə “STOP” yazısını göndərməklə, müştərilər üçüncü tərəfin göndərdiyi bütün reklam mesajlarının qəbulunu birdəfəlik dayandıracaqlar. Eyni zamanda, etibar etdikləri mənbələrdən SMS-lər almaq üçün müştərilər müəyyən mağaza, bank və s. adını yenidən “5595” qısa nömrəsinə göndərməli olacaqlar.

"Bakcell" şirkətinin marketinq üzrə baş direktoru Maria Toyçeva deyib ki, kütləvi SMS-lərlə bağlı şikayətlərin əksəriyyəti reklamçıların göndərdikləri mesajlara aiddir: "Müştərilər mağazalarda bazarlıq edərkən və ya bankların, digər müəssisələrin xidmətlərindən istifadə etdikləri zaman çox vaxt öz telefon nömrələrini təqdim edirlər. Müştərilərimizi məmnun etmək üçün arzuolunmaz mətn mesajlarını filtrdən keçirməyə imkan yaradan yeni platformanı işə salmışıq. Yeni sistemin ən gözəl xüsusiyyətlərindən biri də odur ki, o, müştərilərə seçim imkanı yaradır və onlar hansı mesajları qəbul edib-etməməyi özləri seçirlər", - deyə məlumatda bildirlir.

Son xəbərlər

Orphus sistemi