“Bakcell” mobil telefonunu satışa çıxarmağa hazırlaşır

“Bakcell” mobil telefonunu satışa çıxarmağa hazırlaşır Bakı. 18 dekabr. REPORT.AZ/ “Bakcell” MMC gələn il mobil telefonunu satışa çıxaracaq.
İKT
18 Dekabr , 2018 13:04
“Bakcell” mobil telefonunu satışa çıxarmağa hazırlaşır

Bakı. 18 dekabr. REPORT.AZ/ “Bakcell” MMC gələn il mobil telefonunu satışa çıxaracaq.

“Report” xəbər verir ki, bu barədə “Bakcell”in yeni satış mərkəzinin açılışında iştirak edən şirkətin baş icraçı direktoru Nikolay Bekers bildirib.

“Gələn ilin I rübündə mobil telefonumuzu müştərilərə təqdim edəcəyimizə ümidliyik. Telefon bütün müasir funksiyalara malik olacaq, sərfəli qiymət və satış şərtləri ilə insanlara təklif ediləcək”, - deyə o, qeyd edib.

Onu da deyək ki, “Bakcell”in yeni satış mərkəzindən mobil telefon alanlar bu ilin sonuna qədər şəbəkədaxili limitsiz danışıq dəqiqələri və internetə çıxış imkanı əldə edəcəklər. 

Son xəbərlər

Orphus sistemi