Yuxarı
    Bağlamaq

    "Bakcell" media nümayəndələri üçün seminar keçirib

    Təlimdə 30-a yaxın jurnalist iştirak edib

    Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkətinin təşkilatçılığı ilə noyabrın 25-27-də Qəbələdə media nümayəndələri üçün “Mobil telekommunikasiyaya giriş” mövzusunda seminar keçirilib.

    “Report”un xəbərinə görə, seminarda 30-a yaxın mətbuat nümayəndəsi iştirak edib.

    Seminarda təlimçilər “Bakcell" biznes - Daha çoxuna hazır”, “Cəlbedici mobil həllər və təkliflər”, “Təmas nöqtələrində müştəri davranışı”, “Bizimlə səyahət edin və fərqi hiss edin”, “Mobil telekommunikasiyada qlobal trendlər - İT və Texnologiya”, “Mobil internet penetrasiyası”, “Bakcell”in mobil interneti”, “Ən yaxşı 4G təcrübə - İT və Texnologiya”, “İstifadəçilərin artırılması. Applab” mövzularında təqdimatla çıxış ediblər.

    Qeyd olunan mövzularla bağlı təlimdə müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi