Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti LTE rouminq xidməti üzrə tərəfdaşlarının siyahısını genişləndirməkdə
Eyni zamanda, şirkət ölkədə yeganə mobil operatordur ki, 4G LTE xidmətindən istifadə edən abunəçilərinə başqa ölkədə səfərdə olarkən yüksək sürətli genişzolaqlı mobil rabitə xidmətindən faydalanmaq imkanı yaradır.
2015-ci ilin mayında 4G xidmətinin istifadəyə verilməsindən qısa müddət sonra Bakcell dünyanın 14 ölkəsində LTE rouminq xidmətini təqdim etməyə başlayıb. Şirkətin ölkə xaricində rouminq xidmətlərini göstərən tərəfdaşlarının sayı son 6 ay ərzində iki dəfə artıb. İndi abunəçilər dünyanın 20 ölkəsində 27 rouminq tərəfdaşın dəstəyi ilə öz smartfon və planşetlərini 4G LTE şəbəkələrinə qoşmaqla roumunq xidmətindən dəyərlənə bilirlər.
Bakcell 4G rouminq xidmətinin aktiv olduğu ölkələrin və operatorların siyahısı aşağıda təqdim olunub:
Ölkə | Operatorun adı | |
1 | Belçika | Belgacom Proximus |
2 | Çex Respublikası | Vodafone |
3 | Fransa | SFR |
4 | Almaniya | Vodafone |
5 | Almaniya | T-Mobile |
6 | Yunanıstan | Vodafone Panafon |
7 | Honq Konq | Hong Kong Telecommunicatio |
8 | İrlandiya | Vodafone |
9 | İtaliya | Vodafone |
10 | İtaliya | TIM |
11 | Koreya | KT Corporation |
12 | Lüksemburq | Tango |
13 | Portuqaliya | Vodafone |
14 | Rumıniya | Vodafone |
15 | Rusiya | MTS |
16 | Rusiya | Megafon |
17 | Rusiya | Vimpelcom (Beeline) |
18 | Cənubi Afrika | Vodafone |
19 | Şri-Lanka | Dialog Axiata PLC |
20 | Yeni Zelandiya | Vodafone |
21 | İspaniya | Vodafone |
22 | İspaniya | Orange |
23 | Niderland | Vodafone |
24 | Niderland | KPN |
25 | Birləşmiş Krallıq | Vodafone |
26 | ABŞ | AT&T |
27 | ABŞ | T-Mobile |
4G rouminq xidməti vasitəsilə Azərbaycana səfər edən xarici qonaqlar Bakcell şəbəkəsini seçməklə LTE texnologiyasının təmin etdiyi yüksək keyfiyyətli və daha sərfəli qiymətli rouminq xidmətlərindən faydalanmaq imkanını əldə edirlər. Şirkətin ölkə daxilində LTE rouminq xidmətləri göstərən tərəfdaşlarının sayı artıq 32-yə çatıb. Bakcell şirkətinin LTE rouminq xidməti həm fərdi, həm də korporativ müştərilərə eyni şərtlərlə təqdim olunur.
“Şəbəkəmizin inkişaf etdirilməsi, o cümlədən 4G şəbəkəsinin genişləndirilməs
Gündəlik olaraq 1000-ə yaxın qonaq məlumat axtarmaq, e-poçt vasitəsilə əlaqə saxlamaq və İnternetdən istifadə etmək üçün gündə orta hesabla 17MB sərf edərək Bakcell şəbəkəsinin təqdim etdiyi ən sürətli LTE xidmətindən faydalanır. Bakcell LTE şəbəkəsindən ən çox istifadə edən qonaqların aid olduğu ilk beşliyə daxil olan ölkələrin siyahısı:
Ölkə | İstifadəçilər |
Rusiya | 49.81% |
Almaniya | 7.80% |
İtaliya | 7.66% |
Birləşmiş Krallıq | 7.42% |
Niderland | 3.34% |
Qeyd edək ki, Türkiyədə LTE xidmətləri təklif olunmadığına görə hazırda bu ölkədə LTE rouminq xidmətinin istifadəçiləri yoxdur.
Bakcell abunəçiləri üçün LTE rouminq xidmətinin qiyməti 2G və 3G şəbəkələrində rouminq xidmətinin qiymətləri ilə eynidir.
Ziyarət olunan ölkədə fəaliyyət göstərən operator şəbəkəsinin şərtlərindən asılı olaraq, Bakcell orta hesabla 30 Mb/san həcmində yükləmə və ötürmə sürəti ilə 4G LTE rouminq xidmətlərini təqdim edir.