“Bakcell” korporativ müştərilər üçün smartfon kampaniyası keçirir

“Bakcell” korporativ müştərilər üçün smartfon kampaniyası keçirir Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” MMC korporativ abunəçilər üçün xüsusi smartfon kampaniyası elan edib. 
İKT
26 Yanvar , 2018 15:54
“Bakcell” korporativ müştərilər üçün smartfon kampaniyası keçirir

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” MMC korporativ abunəçilər üçün xüsusi smartfon kampaniyası elan edib. 

Bu barədə “Report”a Şirkətin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, “Bakcell” yeni korporativ müştərilərə ən son model smartfonları hissə-hissə ödənişlə əldə etmək fürsəti verir. Belə ki, korporativ müştərilər ayda cəmi 79 manatdan başlayan (smartfonun modelindən asılı olaraq) qiymətlərlə “Bakcell”dən ən son model “Apple” (iPhone 7, iPhone 7 Plus, iPhone 8, iPhone 8 Plus və iPhone X) və “Samsung” (Galaxy S8, Galaxy S8 Plus və Galaxy Note 8) smartfonlarına sahib ola bilərlər.

Smartfonların dəyərini müştərinin seçimindən asılı olaraq 12, 18 və 24 ay ərzində ödəmək mümkündür. Bunun üçün heç bir ilkin ödəniş tələb olunmur və aylıq ödənişin məbləği cihazin modeli və hissə-hissə ödənişin müddətindən asılıdır.

Üstəlik, ən son model cihazları əldə etmiş korporativ abunəçilərə “Bakcell”dən şəbəkədaxili zənglər üçün 3 000 dəqiqə, şəbəkəxarici zənglər üçün 1 000 dəqiqə, 5 Gb İnternet və hətta beynəlxalq zənglər üçün 10 dəqiqədən ibarət xüsusi aylıq paket təqdim olunur. Bundan əlavə, bu kampaniyaya qoşulan abunəçilər “whatsapp” əlavəsindən pulsuz istifadə edəcəklər.

Qeyd edək ki, 20 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərən “Bakcell” şirkəti hazırda müxtəlif sahələri təmsil edən 1 800-dən artıq korporativ müştəriyə xidmət edir.

Son xəbərlər

Orphus sistemi