​"Bakcell" internet paketinin həcmini ikiqat artırıb

​"Bakcell" internet paketinin həcmini ikiqat artırıb "Bakcell": Şirkətimiz ölkənin mobil internet bazarında lider mövqeyə sahibdir
İKT
9 Sentyabr , 2015 15:44
​Bakcell internet paketinin həcmini ikiqat artırıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkətinin "Cin" abunəçiləri gündə cəmi 10 qəpik ödəməklə gündəlik internet paketini ikiqat həcmdə əldə edə bilərlər. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın əvvəlindən etibarən aktivləşdirilən kampaniya sayəsində "Bakcell" abunəçiləri asanlıqla 25 MB əvəzinə, 50 MB həcmində yüksək sürətli mobil internetdən yararlana bilər.

“Bakcell" şirkəti ölkənin mobil internet bazarında lider mövqeyə sahibdir. 4G xidmətinin istifadəyə verilməsinin ardınca şəbəkəmizdə internetdən istifadə edən abunəçilərin sayında davamlı artım müşahidə edirik. Abunəçilərimizə yüksək keyfiyyətli internet üçün çox sərfəli qiymətlər təklif edirik. Bu kampaniya çərçivəsində abunəçilərimiz eyni qiyməti ödəməklə ikiqat artıq internet əldə edəcəklər ki, bu da bazarda ən yaxşı təklifdir”, - şirkətin baş marketinq direktoru Mariya Toyçeva bildirib.

Məlumata görə, gündəlik internet paketinin aktivləşdirilməsi çox asandır, bunun üçün sadəcə olaraq telefonda *189*1#Yes kodunu yığmaq yetərlidir. Gündəlik internet paketinin aktivləşdirilməsindən sonra abunəçilər ilk 5 gün ərzində internetdən pulsuz faydalana biləcəklər. Gündəlik internet paketinə qoşularkən xidmət haqqı olaraq abunəçinin balansından 0,50 manat dəyərində birdəfəlik xidmət haqqı çıxılacaq. 5 günlük müddət bitdikdən sonra paket hər gün yenilənəcək və abunəçinin balansına gündəlik qaydada 50 MB həcmində internet trafiki yükləniləcək. Hər bir gündəlik yenilənmədən sonra abunəçinin balansından 10 qəpik çıxılacaq.

Son xəbərlər

Orphus sistemi