​“Bakcell”in yeni tarifi ilə Whatsapp-a pulsuz qoşulmaq mümkün olacaq

​“Bakcell”in yeni tarifi ilə Whatsapp-a pulsuz qoşulmaq mümkün olacaq Şirkət mobil internet trafikinin həcmini artırıb
İKT
7 Mart , 2016 19:22
​“Bakcell”in yeni tarifi ilə Whatsapp-a pulsuz qoşulmaq mümkün olacaq

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti yeni Klass tariflərini istifadəyə verib. Şirkətdən “Report”a bildirilib ki, “Bakcell” mobil internet trafikinin həcmini artırıb.

Bununla yanaşı, abunəçilər təqdim olunan beş yeni tarif sayəsində səs xidmətlərindən istifadə edərkən vəsaitlərinə qənaət etmək və ünsiyyət qurmaq üçün əlavə imkanlar əldə edəcəklər. Eyni zamanda, yeni tariflərə qoşulan bütün abunəçilər Whatsapp tətbiqinə pulsuz qoşulmaq imkanına da malik olacaqlar.

Beş sərfəli Klass tarifinin hər birinin üstünlükləri aşağıdakı cədvəldə göstərilib:

Aylıq abunə haqqı Pulsuz danışıq dəqiqələri, SMS və mobil internet
Ölkədaxili danışıq dəqiqələri Ölkədaxili SMS Ölkədaxili internet Beynəlxalq zənglər Rouminq Səs (daxil olan) Pulsuz Whatsapp
5 AZN 100 200 MB 30 gün
10 AZN 250 750 MB 30 gün
25 AZN 750 750 1500 MB 30 gün
45 AZN 1500 1500 5000 MB 50 50 30 gün
75 AZN Limitsiz Limitsiz Limitsiz 100 100 30 gün

“Biz öz müştərilərimizin sadiqliyini həmişə yüksək qiymətləndirir və yeni məhsullar yaradarkən daim onların maraqlarını nəzərə almağa çalışmışıq ki, onların gözləntilərini doğrulda bilək. Müştəri davranışı göstəricilərinin müşahidəsi göstərir ki, data xidmətlərinə olan tələbat getdikcə artmaqdadır. Bu faktı nəzərə alaraq, biz eyni aylıq ödənişin müqabilində 3 dəfə artıq internet trafikini təqdim etməyə qərar verdik. Müştərilərimiz üçün daha bir xoş xəbər Whatsapp tətbiqinə pulsuz mobil çıxış imkanıdır. Artıq hər bir Klass abunəçisi ödədiyi aylıq tarif haqqından asılı olmayaraq mobil internet üçün pul ödəməyərək Whatsapp üzərindən ünsiyyətdə olmaq imkanına malik olacaq”, - deyə “Bakcell” şirkətinin baş marketinq direktoru Maria Toyçeva bildirib.

Son xəbərlər

Orphus sistemi