"Bakcell"in təşkil etdiyi mini-futbol çempionatının qalibləri Mançesterə səfər ediblər

"Bakcell"in təşkil etdiyi mini-futbol çempionatının qalibləri Mançesterə səfər ediblər Çempionatın qaliblərinin səfəri fevralın 10-dən 13-dək davam edib
İKT
27 Fevral , 2017 20:24
Bakcellin təşkil etdiyi mini-futbol çempionatının qalibləri Mançesterə səfər ediblər

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru "Bakcell" şirkətinin “Bakutel 2016” sərgisi çərçivəsində təşkil etdiyi mini-futbol çempionatının qalibləri - Nicat Qapançızadə, İsmayıl İsmayılzadə və Anar Məmmədov fevralın 10-13-də Mançesterə səfər ediblər.

Şirkətdən "Report"a bildirilib ki, səfər zamanı klub rəsmiləri tərəfindən qonaqlar üçün "Mançester Yunayted"-"Vatford" oyununu izləmək, "Old Trafford" stadionuna turda iştirak etmək və klubun muzeyini ziyarət edərək onun tarixi ilə tanış olmaq imkanı yaradılıb.

Qaliblər səfərlə bağlı fikirlərini ifadə ediblər.

İsmayıl İsmayılzadə: “Səfərim çox fərqli və maraqlı keçdi. Mənə yeni bir təcrübə oldu. Səfər ərzində yeni yerlər, yeni insanlarla tanış oldum və maraqlı xatirələrlə geri qayıtdım".

Nicat Qapançızadə: “Həqiqətən çox maraqlı və fərqli keçdi. “Bakcell”ə xüsusi təşəkkürümü bildirirəm”.

Anar Məmmədov: “Bu səfərin təşkilində əməyi olan bütün əməkdaşlara təşəkkür edirəm.”

Son xəbərlər

Orphus sistemi