Yuxarı

“Bakcell”in rəhbəri dəyişir - FOTO

​“Bakcell”in rəhbəri dəyişir
​“Bakcell”in rəhbəri dəyişib

“Bakcell” MMC-nin baş direktoru dəyişir. 

“Report” xəbər verir ki, Nikolay Beckersi Rainer Rathgeber əvəz edir.

Rainer Rathgeber öz vəzifə səlahiyyətlərinin icrasına may ayında başlayacaq. 

Qeyd edək ki, N.Beckers 2016-cı ilin mayından etibarən həmin vəzifəni icra edirdi.

R.Rathgeber Avropa və Asiya ölkələrində bir sıra rəhbər vəzifələrdə çalışıb. Almaniyada “Deutsche Telekom AG” strukturlarında rəhbər vəzifələrində çalışan R.Rathgeber “T-Mobile International AG”də vitse-prezident, “T-Mobile Croatia”da baş icraçı direktor, “Croatian Telekom”da mobil rabitə biznesi üzrə baş əməliyyat direktoru, “OTE Group Greece” və “Romtelecom Romania”da Direktorlar Şurasının üzvü olub. O həmçinin Abu Dabidə “Etisalat Groupd”da baş kommersiya direktoru, Nigeriyanın EMTS şirkətinin və Pakistanın PTCL və “Ufone” şirkətlərinin Direktorlar Şurasının üzvü, Pakistanın “Ufone” şirkətində baş icraçı direktor, Pakistanın “Ubank” təşkilatında (PTCL qrupunun hissəsi) Direktorlar Şurasının sədri kimi vəzifələrdə çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi