Yuxarı
    Bağlamaq

    "Bakcell"in "AppLab" proqramında iştirak üçün növbəti müsabiqənin qalibləri seçilib

    Yeni seçilmiş komandalar arasında 6 aylıq müqavilələr imzalanıb

    Bakı. 1 may. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti bir müddət öncə özünün sürətləndirilmiş icra modeli - "AppLab" proqramında iştirak üçün təşkil etdiyi seçim prosesinin nəticələrini açıqlayıb. Bu dəfə müsabiqəyə sahənin ən yaradıcı mobil tətbiq tərtibatçıları, 3D çapı, “HTC Virtual Reallıq” proqram təminatı, innovativ proqram tərtibatçıları, elektron ticarət platformaları və informasiya texnologiyaları (İT) sahəsi üzrə mütəxəssislər qatılıb.

    "Bakcell"dən "Report"a daxil olan məlumata görə, "AppLab Mərkəzi"ndə "Bakcell" şirkəti ilə yeni seçilmiş komandalar arasında 6 aylıq müqavilələr imzalanıb.

    "Bakcell" şirkəti istedadlarını dünyaya tanıtmaq və parlaq ideyaların reallaşdırılması üçün yeni maliyyə mənbələrinə çıxış əldə etmək istəyən startaplar, tərtibatçı və komandalar axtarışındadır. Bu layihə hər il proqram təminatı və müxtəlif cihaz yaradıcılarına öz ideyalarını təqdim etmək və "Bakcell" şirkətindən dəstək almaq imkanı verilir. “Bakcell”in məqsədi startaplara dəstək olmaq, onların seçilməsi və inkişafına töhfə verməkdir. Biz inanırıq ki, yeni layihələr də yüksək nəticələr nümayiş etdirəcəklər”, - deyə "Bakcell" şirkətinin baş icraçı direktoru Nikolai Bekers bildirib.

    Qeyd edək ki, "Bakcell" şirkəti bu il proqramın qaydalarında bəzi dəyişikliklər edib. Xüsusilə proqramda iştirak müddəti layihədən asılı olaraq 3 aydan 6 aya uzadılıb. Bu isə qruplara öz ideyalarının inkişaf etdirilməsi üzərində diqqəti daha yaxşı cəmləşdirməyə kömək edəcək.

    2017-ci ildə "AppLab" proqramında iştirak etmək üçün növbəti müsabiqədə təqdim olunan 20 layihə İT və elektron ticarət sahələri üzrə mütəxəssislərdən təşkil olunmuş "AppLab" Seçim Komitəsi tərəfindən 14 aprel tarixində dinlənilərək qiymətləndirilib. Həmin 20 layihədən proqramda iştirak etmək üçünmümkün 25 xaldan 20 və daha çox xal qazanan 7 layihə seçilib. Qaliblər "Mango", "Blutu", "Garden", "Buket.al", "MoodMusic", "ARZoom" və "CineManiac"dır. Seçim prosesində əsas götürülən meyarlar layihəni təqdim edən komandanın malik olduğu bazar imkanları, təqdim edilənideyanın nə dərəcədə innovativ olması, real yanaşma,biznes modelinin və komandanın sərgilədiyi təqdimatın nə dərəcədə aydın olması idi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi