"Bakcell"in ​"AppLab" layihəsinin qalibi dünyanın 20 ən yaxşı startapından biri elan edilib

"Bakcell"in ​"AppLab" layihəsinin qalibi dünyanın 20 ən yaxşı startapından biri elan edilib "Açıq Startap Yarışı"na 89 ölkədən 800-dən artıq startap ideyası təqdim edilib
İKT
16 Dekabr , 2015 18:44
Bakcellin ​AppLab layihəsinin qalibi dünyanın 20 ən yaxşı startapından biri elan edilib

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu ilin yayında “Bakcell” şirkətinin “AppLab” layihəsinin məzunu olan "BethClip" tətbiqi “CNBC” telekanalı tərəfindən bu il dünya üzrə yaradılan ən yaxşı və parlaq 20 startap layihəsindən biri elan edilib.

“Bakcell”dən “Report”a bildirilib ki, “AppLab” innovativ mobil developer layihəsinə şirkət ötən ilin sentyabr ayında gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində start verib.

Bu il keçirilən “Qlobal Sahibkarlıq Həftəsi” (Global Entrepreneurship Week) 160 ölkəni və təxminən 10 milyon insanı əhatə edir. Bu tədbirin ən önəmli hadisələrindən biri kimi hər il dünyanın əsas şəhərlərində keçirilən “Açıq Startap Yarışı” (Startup Open Competition) sahibkarlara öz ideyalarını irəli sürməyə imkan yaradır. Müsabiqəyə 89 ölkədən 800-dən artıq startap ideyası təqdim edilib. Müraciətlərin 70%-i isə ABŞ hüdudlarından kənarda olub.

Son xəbərlər

Orphus sistemi