"Bakcell" ilin sonuna qədər "LTE - advanced" şəbəkəsini genişləndirəcək

"Bakcell" ilin sonuna qədər "LTE - advanced" şəbəkəsini genişləndirəcək Nikolay Bekkers: "Bakı və Abşeron yarımadasında əhalinin 99%-ni əhatə edəcəyik"
İKT
9 İyun , 2017 12:00
Bakcell ilin sonuna qədər LTE - advanced şəbəkəsini genişləndirəcək

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycanın mobil operatoru "Bakcell" MMC "Ookla" şirkəti tərəfindən "Azərbaycanda ən sürətli mobil şəbəkə" mükafatını əldə edib.

"Report"un verdiyi xəbərə görə, bu barədə "Bakcell"in baş icraçı direktoru Nikolay Bekkers (Nikolai Beckers) bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

"Biz fərəhlənirik ki, beynəlxalq mükafat qazanmışıq və bu da təsdiq edir ki, ölkənin ən sürətli mobil mobil internetini təqdim edirik", - o qeyd edib. 

Onun sözlərinə görə, hazırda "Bakcell"in təqdim etdiyi internetin yüksək sürətini Bakı şəhəri də daxil olmaqla Abşeron yarımadasının bütün yerlərində müşahidə etmək olar: "Yaxın illərdə eyni texnologiyaları regionlarda, digər böyük şəhərlərdə tətbiq edəcəyik. Bizim şəbəkədə data trafiki artıb. Birinci və ikinci rübdə 149 3G stansiyası quraşdırılıb. Yeni nəsil 4G şəbəkəsinin genişləndirilməsi də nəzərdə tutulur. İlk iki rübdə 186 "LTE - advanced" stansiyası quraşdırmışıq. 2017-ci ilin sonuna qədər LTE şəbəkəsini paytaxtdan şimala və cənuba doğru inkişaf etdirməyə çalışırıq. 2017-cı ilin sonunadək Bakı və Abşeron yarımadasının 99%-ni əhatə edəcəyik. Bu ilin sonuna qədər əsas hədəf istifadəçilərin çox olduğu, sənaye müəssiləri nin yerləşdiyi ərazilər, Ələt, Qaradağ, Bakı və Sumqayıt olacaq. Bölgələrdə tələbat artdıqca LTE şəbəkəsi də ona uyğun genişləndiriləcək".  

Nikolay Bekkers 5G texnologiyasının tətbit olunma imkanlarına da aydınlıq gətirib və deyib ki, bunun üçün ilk növbədə lisenziya lazımdır: "Heç bir mobil operatora hələ ki, 5G lisenziyası verilməyib. Bu, vaxt məsələsidir, gec-tez 5G Azərbaycana gələcək". 

O həmçinin qeyd edib ki, mobil telefoin istifadəçilərin internetə tələbatı artır: "Bu, bizi internetə sərmayə qoymağa vadar edir". 

Son xəbərlər

Orphus sistemi