Yuxarı

"Bakcell": İşçilərimizi ixtisar etməyəcəyik

Hazırda şirkət bu il üçün hazırlanan strategiyasına yenidən baxır

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti milli valyutanın devalvasiyasından sonra ölkədəki cari vəziyyəti diqqətlə müşahidə edir və hazırda şirkətin bu il üçün hazırlanan strategiyasına yenidən baxılır. Bunu “Report”un sorğusuna cavab olaraq “Bakcell”dən bildiriblər.

“Hazırda Azərbaycanda telekommunikasiya xidmətlərinin istehlakında müəyyən azalma müşahidə edirik. Bu azalmanın davam edəcəyi təqdirdə “Bakcell” müvafiq tədbirlər görməli olacaq. Lakin mövcud vəziyyətdə digər mobil operatorlardan fərqli olaraq biz işçilərimizi kütləvi şəkildə ixtisar etməyi planlaşdırmırıq”, - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, yanvarın 21-də “Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev şirkətin kollektivinə məktubla müraciət edib. Ötən ilin sonunda növbəti devalvasiyanın baş verməsi, ümumi iqtisadi vəziyyətin daha da ağırlaşması və bunun nəticəsində maliyyə durumunun daha da geriləməsi şirkətdə 8%-ə qədər iş yerlərinin, yəni 60-a yaxın işçinin ixtisar edilməsinə dair qərarın verilməsinə gətirib çıxarıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi