"Bakcell" fəaliyyətini genişləndirmək niyyətindədir

"Bakcell" fəaliyyətini genişləndirmək niyyətindədir Riçard Şirer: "İqtisadiyyatdakı problemlər ​"Bakcell"in müştərilərinə təsir etməyəcək"
İKT
8 Oktyabr , 2015 17:55
Bakcell fəaliyyətini genişləndirmək niyyətindədir

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Hazırda iqtisadiyyatda müəyyən gərginlik müşahidə edilir. Lakin bu vəziyyətin müştərilərimizin telefon xərclərinə ciddi təsirini gözləmirik". "Report"un xəbərinə görə, bunu Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkətinin rəhbəri Riçard Şirer hazırkı iqtisadi vəziyyətin şirkətə təsirini dəyərləndirərkən bildirib.

Bu ilin birinci yarısında bazarın ötən illə müqayisədə 3% azaldığını vurğulayan şirkət rəhbəri qeyd edib ki, iqtisadi şərtlərin təsirini digər mobil operatorların hesabatlarından sonra daha dəqiq hesablamaq mümkün olacaq.

"Biz gördük ki, ilin birinci yarısında bazar ötən illə müqayisədə təxminən 3% azalıb. "Azercell" şirkəti növbəti həftələrdə öz hesabatlarını dərc edəcək və bundan sonra daha dəqiq rəqəmləri deyə biləcəyik. Lakin qeyd edim ki, "Bakcell" həmişə qənaət rejimində işləməyə çalışır və vəsaitlərini düzgün xərcləməyə üstünlük verir. Eyni zamanda, sərmayə qoyuluşunu da davam etdirəcəyik", - R.Şirer vurğulayıb.  

Son xəbərlər

Orphus sistemi